Azərbaycanda “Kamaz” çaya düşüb, iki nəfər ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda “Kamaz” çaya düşüb, iki nəfər ölüb

09:26 - 30 / 03 / 2016
Azərbaycanda “Kamaz” çaya düşüb, iki nəfər ölüb

Azərbaycanda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi xəbərə görə, hadisə Salyan rayonunda qeydə alınıb.

Belə ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Salyan rayonu ərazisindən keçən Akkuşa çayına “Kamaz” markalı yük avtomobilinin düşməsi barədə məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Sularda Xilasetmə xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq axtarış-xilasetmə işlərinə başlayıblar.

Axtarış-xilasetmə işləri nəticəsində 2 nəfərin cəsədi tapılaraq sudan çıxarılıb və  aidiyyəti üzrə təhvil verilib.

1news.az

Paylaş:
816

Son xəbərlər

Bütün xəbərlər