Misirin Sərhəd Qoşunlarının komandanı ölkəmizdə səfərdədir | 1news.az | Xəbərlər
Siyasət

Misirin Sərhəd Qoşunlarının komandanı ölkəmizdə səfərdədir

09:51 - 30 / 03 / 2016
Misirin Sərhəd Qoşunlarının komandanı ölkəmizdə səfərdədir

Misir Ərəb Respublikasının Müdafiə Nazirliyinin Sərhəd Qoşunlarının komandanı general-mayor Əhməd İbrahim Məhəmməd İbrahimin başçılığı altında nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.

1news.az-ın məlumatına görə, martın 29-da Dövlət Sərhəd Xidmətinin Aparatında  general-mayor Əhməd İbrahim Məhəmməd İbrahimin təntənəli qarşılanma mərasimi keçirilib. Rəsmi protokola uyğun olaraq Misirin Sərhəd Qoşunlarının komandanı “Fəxri qonaq kitabı”nda ürək sözlərini yazıb.

Geniş tərkibdə keçirilən görüş zamanı Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında dostluq münasibətləri məmnunluq hissi ilə qeyd olunub, hərbi-texniki, təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığın perspek­tivlərinə dair fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlığın həyata keçirilməsinin, təcrübə mübadiləsinin zəruriliyi vurğulanıb. 

Azərbaycan Respublikasının dövlət sərhədin­dəki əməliyyat şəraiti və möv­cud təhdidlərdən danışan Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı Elçin Quliyev Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalmasını, işğal olunmuş ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə olunmasını, mövcud vəziyyətin sərhəd təhlükəsizliyinə əsas təhdid olduğunu qeyd edib, həmçinin sərhəd  mühafizə sisteminin təkmilləşdirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barəsində Misir nümayəndələrinə ətraflı məlumat verib.

Səfər müddətində nümayəndə heyətinin Dövlət Sərhəd Xidmətinin struktur bölmələrində olması, Müdafiə Nazirliyi, Müdafiə Sənayesi  Nazirliyi, Fövqəladə Hallar Nazirliyində qəbul edilməsi, eləcə də Müdafiə Sənayesi Nazirliyinin istehsalat müəssisələrinin fəaliyyəti  ilə tanışlığı nəzərdə tutulur.

Səfər çərçivəsində Misir nümayəndə heyəti Bakı şəhərinin mədəni-tarixi yerlərini ziyarət edəcəklər.

1news.az

Paylaş:
813

Son xəbərlər

Bütün xəbərlər