Hikmət Hacıyev: “Ermənistanın danışıqlar prosesində iştirakı yalnız imitasiya və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıyır”
ABŞ-ın xarici siyasəti federal hökumət tərəfindən müəyyən edilir. ABŞ tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi dəstəklənir.
1news.az-ın məlumatına görə, bunu ABŞ-ın Havay ştatının nümayəndələr palatasında separatçı "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyinin tanınması ilə bağlı qəbul edilmiş qərarı şərh edən XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib:
Qeyd edək ki, ABŞ-dakı radikal erməni lobbisi 10 mart 2016-cı il tarixində anti-Azərbaycan xarakterli iki qətnaməni ABŞ-ın Havay ştatının senatının gündəliyinə gətirməyə çalışsa da, ştat senatı həmin qətnamələri rədd edib.
“Ştat Senatının rəhbərliyi 11 mart tarixində rəsmi bəyanat verərək, ABŞ siyasətinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünə açıq dəstək ifadə etdi və Havay ştat senatının bu qətnamələri qəbul etməyəcəyini diqqətə çatdırdı.
Bu uğursuzluqdan sonra təxribatçı və cılız əməllərini davam etdirən Ermənistan və ABŞ-dakı erməni lobbisi Havay ştatının yerli qanunverici orqanının nümayəndələr palatasına üz tutdu.
Bütün bunlar bir daha ona dəlalət edir ki, Ermənistanın danışıqlar prosesində iştirakı yalnız imitasiya və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıyır. Ermənistanın əsl məqsədi işğal olunmuş Azərbaycan ərazilərinin ilhaq edilməsidir”- deyə, H.Hacıyev qeyd edib.
1news.az