ABŞ-da “Azərbaycan musiqisi: muğamdan operaya”adlı kitab çap olunub-FOTO
ABŞ-da Azərbaycanın musiqi mədəniyyətinin tarixi, həmçinin müasir musiqisindən bəns edən “Azərbaycan musiqisi: muğamdan operaya” adlı kitab çap olunub.
Kitabın müəllifi Azərbaycanlı musiqisünas, Bakı Musuqu Akademiyasının professoru Aida Hüseynova hal- hazırda İndiana Universitetinin musiqi məktəbində dərs deyir.
Kitab arxiv materiallarına, məktublara və sənədlərə, həmçinin, şəxsi təcrübəyə əsaslanır. Bu ABŞ-da müasit Azərbaycan musiqisi haqqında ilk iri həcmli əsərdir.
“Kitabda Azərbaycan musiqi mədəniyyətinin şərq ənənələrindan qaynaqlanan muğam musiqisindən başlayaraq, onun qərbin klassik musiqisi və caz musiqisi ilə sintezinə qədər keçdiyi inkişaf yolundan bəhs olunur.
Tədqiqatda qeyd olunur ki, Azərbaycan musiqi mədəniyyətinin inkişafı heç də Sovet İttifaqının mədəniyyət sahəsindəki siyasətinin məhsulu deyil, əksinə çox dərin və mürəkkəb mədəni proseslərin nəticəsi olaraq meydana gəlib.
Kitabda ifadə olunan fikirlərdən biri də odur ki, Azərbaycan müsəlman Şərqində ilk operanın və baletin vətənidir. Burada Qafqaz regionunda ilk dəfə olaraq opera və balet teatrı, konservatoriya yaradılıb. Musiqiçılər isə ilk dəfə olaraq muğam lirizmi ilə caz musiqisinin dinamik ritmlərini sintez edərək yeni musiqi nümunələri yaradıb.
Aida Hüseynova bundan əlavə “Azərbaycan musiqisi və mədəniyyəti” mövzusunda DVD tədris materialının, həmçinin, “Qırğızıstanın musiqisi və mədəniyyəti ilə bağlı DVD tədris materialının həmmüəllifidir (Munara Mailıbəyova ilə).
1news.az