Bakıda hansı yollar apreldə bağlı olacaq? - XƏRİTƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda hansı yollar apreldə bağlı olacaq? - XƏRİTƏ

17:07 - 31 / 03 / 2016
Bakıda hansı yollar apreldə bağlı olacaq? - XƏRİTƏ

“Formula-1” yarışlarının keçirilməsilə əlaqədar Bakıda bəzi küçələr müvəqqəti olaraq bağlanacaq.

1news.az-a Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, əsasən aprelin3-dən 5-nə qədər İstiqlaliyyət küçəsinin Əziz Əliyev (Konstitusiya Məhkəməsinin qarşısı) küçəsilə kəsişən hissəsi bağlanacaq.

Aprelin 6-dan 8-dək İstiqlaliyyət küçəsinin “İçərişəhər” metrostansiyası ilə Niyazi (Filarmoniyanın qarşısı) küçəsinə qədər və Niyazi küçəsindən Azneft dairəsinə qədər olan hissə bağlı olacaq.

Aprelin 9-dan 12-dək Neftçilər prospektinin Azneft dairəsindən Əziz Əliyev (Kukla Teatrının qarşısı) küçəsinədək olan hissəsi bağlı olacaq.

13-15 aprel tarixlərində Neftçilər prospektinin Əziz Əliyev küçəsi ilə Rəşid Behbudov (Park Bulvar) küçələrinin kəsişməsində, 16-19 apreldə isə Neftçilər prospektinin digər hissəsində - Rəşid Behbudov küçəsi ilə Puşkin (“Marriot Abşeron” oteli) küçəsinin kəsişməsində təmir işlərinin aparılması nəzərdə tutulur.

1news.az

Paylaş:
2740

Son xəbərlər

Bütün xəbərlər