Bakıda erməni təcavüzü və Azərbaycan torpaqlarına iddiları ilə bağlı kitabın təqdimatı keçirilib.
Beynəlxalq Muğam Mərkəzində ikinci “Şuşa Qrantı” müsabiqəsinin qaliblərinin erməni təcavüzü və Azərbaycan torpaqlarına iddiları haqqında kitabın təqdimatı olub.
1news.az xəbər verir ki, müsabiqə Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu ilə YUNESCO işləri üzrə ölkənin milli komissiyasının birgə təşkilatçılığı ilə həyata keçirilib.
Tədbirdə Elçin Əhmədovun üç çildli “Ermənistanın Azərbaycana qarşı təcavüzü” kitabı və Musa Qasımlının “Ermənilərin sovet dövründən Azərbaycan torpaqlarını işğalına qədər iddialar “Tarix necə varsa: 1920-1994” adlı nonoqrafiyası təqdim olunub.
Qeyd edək ki, tədbirin keçirilməsinə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, “Dağlıq Qarabağın azərbaycanlı icmasının, Beynəlxalq Muğam Mərkəzinin birgə dəstəyi ilə həyata baş tutub.
Qeyd edək ki, Azərbaycan Prezidenti yanında Elm Fondunun əsas məqsədi fundamental elmi tədqiqatların stimullaşdırılması, ölkənin təbii resurslarının, mədəniyyəti və tarixi mirasının təqiqinin genişləndirilməsi, elmin müxtəlif sahələrində aparılan tədqiqatların rasionallığının artırılmasa və Azərbaycan elminin dünya elm arenasında layiqli şəkildə təmsil olunmasıdır.
1news.az