“BakuBus”ın 3 nömrəli marşrutunun hərəkət istiqaməti dəyişdirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

“BakuBus”ın 3 nömrəli marşrutunun hərəkət istiqaməti dəyişdirilir

19:30 - 31 / 03 / 2016
“BakuBus”ın 3 nömrəli marşrutunun hərəkət istiqaməti dəyişdirilir

Bakı Nəqliyyat Agentliyinin marşrut xətlərində apardığı təkmilləşdirmə işlərinin davamı olaraq “BakuBus” MMC-yə məxsus 3 nömrəli marşrut xəttinin hərəkət istiqamətində dəyişikliklər edilib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Rauf Mirqulamov bildirib.

Onun sözlərinə görə, "BakuBus" MMC-yə məxsus 3 nömrəli marşrut xətti aprelin 1-dən etibarən Şəhidlər xiyabanı – Badamdar şosesi – Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektindən keçməklə hərəkətini davam etdirəcək.

1news.az

 

Paylaş:
863

Son xəbərlər

Bütün xəbərlər