Heydər Əliyev Mərkəzinin memarı vəfat edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev Mərkəzinin memarı vəfat edib

23:42 - 31 / 03 / 2016
Heydər Əliyev Mərkəzinin memarı vəfat edib

Dünya şöhrətli memar Zaha Hadid 65 yaşında dünyasını dəyişib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, ABŞ-ın Mayami hospitalında bronxit xəstəliyindən müalicə alan memar ürək tutmasından vəfat edib.

Əslən iraqlı olan Zaha Hadid dünyanın bir çox ölkəsində məşhur binaların müəllifidir. O, həmçinin Bakıda yerləşən Heydər Əliyev Mərkəzinin memarı olub.

1news.az

 

Paylaş:
682

Son xəbərlər

Bütün xəbərlər