4 rayonda protez-ortopedik bərpa xidməti təşkil olunacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

4 rayonda protez-ortopedik bərpa xidməti təşkil olunacaq

11:20 - 31 / 03 / 2016
4 rayonda protez-ortopedik bərpa xidməti təşkil olunacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Cəlilabad, Biləsuvar, Neftçala və Salyan rayonlarında əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün səyyar protez-ortopedik bərpa xidməti təşkil olunacaq.

1news.az-ın məlumatına görə, Nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzinin tibbi-texniki briqadası aprelin 7-də saat 9.00-dan 14.00-dək Cəlilabad rayonundakı müalicə-diaqnostika mərkəzində və saat 15.00-dan 18.00-dək Biləsuvar rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada protez-ortopedik bərpa xidməti göstərəcək.

Aprelin 8-də isə saat 9.00-dan 12.00-dək    Neftçala rayon ƏSMM-nin inzibati binasında və saat 13.00-dan 18.00-dək Salyan rayon ƏSMM-nin inzibati binasında qeyd olunan təbəqələrə aid insanlar protez-ortopedik bərpa xidməti ilə təmin ediləcəklər. 

Qeyd edək ki, Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən həmin rayonlar üzrə protez-ortopedik bərpa xidmətinə ehtiyac duyan şəxslərin əvvəlcədən qeydiyyatı aparılıb. Bununla belə, qeyd olunan vaxtlarda və ünvanlarda Mərkəzin tibbi-texniki briqadasına birbaşa müraciət edən əlilliyi olan şəxslərin və ya sağlamlıq imkanları məhdud uşaqların da müvafiq xidmətlərlə təminatı həyata keçiriləcək.

Cari ildə digər bölgələrdə də əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün səyyar protez-ortopedik bərpa xidmətinin təşkili nəzərdə tutulub. 2015-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə müvafiq əmrə əsasən Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssislərindən ibarət olmaqla yaradılmış səyyar tibbi-texniki briqada tərəfindən 63 rayon və şəhərdə müvafiq şəxslərə protez-ortopedik bərpa xidmətləri göstərilib.

1news.az

Paylaş:
595

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər