ABŞ dövlət katibi: "Biz Dağlıq Qarabağdakı dondurulmuş münaqişənin həllini görmək istəyirik"
Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Vaşinqtonda ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşüb.
1news.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, görüş zamanı Con Kerri ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin sülh danışıqları yolu ilə nizamlanacağına ümid etdiyini bildirib.
"Biz Dağlıq Qarabağdakı dondurulmuş münaqişənin həllini görmək istəyirik", — deyə Kerri əlavə edib.
Onun sözlərinə görə, "bu, danışıqlar prosesi ilə olmalıdır".
Qeyd edək ki, Prezident İlham Əliyev martın 30-da Amerika Birləşmiş Ştatlarına səfəri başlayıb. Dövlət başçısı Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak edəcək.
992