"Moskva" univermağından oğurlanan zinət əşyalarının məbləği açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

"Moskva" univermağından oğurlanan zinət əşyalarının məbləği açıqlandı

12:40 - 31 / 03 / 2016
"Moskva" univermağından oğurlanan zinət əşyalarının məbləği açıqlandı

Bakının Nəsimi rayonu, Cavadxan küçəsi, 5 ünvanında fəaliyyət göstərən "Moskva" univermağından oğurlanan qızıl-zinət əşyalarının məbləği açıqlanıb.

1news.az Trend-ə istinadən xəbər verir ki, qarət zamanı univermaqdan ümumilikdə 300 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb. Bu haqda məlumat hüquq-mühafizə orqanları tərəfindən verilib.

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları faktla bağlı əməliyyat axtarış tədbirlərini davam etdirir. Məlumata görə, oğurluq hadisəsilə bağlı univermaq işçiləri də daxil olmaqla 10-dan artıq şəxs Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Bölməsində dindirilsə də, hələlik bu hadisə ilə əlaqədar saxlanılan olmayıb.

Məlumatda o da qeyd olunur ki, univermaq Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən mühafizə olunur. Hadisə vaxtı mühafizəçilərin yatdığı ehtimal edilir.

Xatırladaq ki, ötən gecə Moskva Univermağında qarət hadisəsi baş verib. Gecə vaxtı univermağa gələn naməlum şəxslər qapını sındıraraq içəri daxil olub, ticarət mərkəzindən xeyli miqdarda qızıl- zinət əşyaları götürüb hadisə yerini tərk ediblər.

Faktla əlaqədar Nəsimi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

1news.az

Paylaş:
623

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər