Obama ilə Ərdoğanın görüşü zamanı tərcüməçi azərbaycanlı xanım olub – FOTO
ABŞ prezidenti Barak Obama Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Facebook sosial şəbəkəsi istifadəçilərinin məlumatına görə, görüşdətərcüməçi olan Olcay Rəcəb adlı xanım azərbaycanlıimiş.
“Obamanın tərçüməçisi – Olcay xanım əslən azərbaycanlıdır. O, 20 gün ərzində bizim tərcüməçimiz olub”, - bu sözləri sosial şəbəkədə ABŞ-da International Visitor Leadership Program (IVLP) proqramında iştirak edən jurnalist Vüsal Gözəlov yazıb.
Mövzu ilə əlaqədar oxuyun:
Obama Vaşinqtonda Ərdoğanla görüşüb
Bu gün Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi Sammiti öz işinə başlayır
Qeyd edək ki, görüş zamanı liderlər İŞİD-lə mübarizənin gücləndirilməsilə bağlı müzakirələr aparıb.
Həmçinin Obama martın 31-də Diyarbəkirdə törədilən terror aktı nəticəsində həlak olanlarla bağlı Ərdoğana başsağlığı verərək, ABŞ-ın Türkiyənin təhlükəsizliyinin təmin olunmasına və terrorçuluqla ümumi mübarizəyə verdiyi dəstəyin davam etdiriləcəyini bildirib.
Xatırladaq ki, martın 31-də ABŞ-ın paytaxtı Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi Sammiti prezident Barak Obamanın təşəbbüsü ilə öz işinə başlayıb.
50-dən çox ölkənin dövlət və hökumət başçılarının qatıldığı zirvə toplantısında əsas mövzu nüvə terrorizmi ilə mübarizə məsələsi olub.
1news.az