Azərbaycanın səfiri etimadnaməsini İrlandiya prezidentinə təqdim edib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın səfiri etimadnaməsini İrlandiya prezidentinə təqdim edib

20:31 - 01 / 04 / 2016
Azərbaycanın səfiri etimadnaməsini İrlandiya prezidentinə təqdim edib

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə etimadnaməsini İrlandiya prezidenti Maykl Daniel Higginsə təqdim edib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, səfir Prezident İlham Əliyevin səmimi salamlarını İrlandiya Prezidentinə çatdırıb və ikitərəfli münasibətlərimizin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Prezident M.D.Higgins də təşəkkürünü bildirərək onun xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.

Görüşdə ikitərəfli münasibətlərimizin inkişafına dair fikir mübadiləsi aparılıb.

İrlandiya Xarici İşlər və Ticarət Nazirliyinin mövcud ənənəsinə uyğun olaraq, Tahir Tağızadə etimadnaməsinin surətini İrlandiya Diplomatik Xidmətinin duayeni, səfir Co Brennana təqdim edib.

Mərasimdə iki ölkə arasındakı münasibətlərə dair qısa söhbət aparılıb. Dövlət rəsmiləri yaxın gələcəkdə Azərbaycan ilə İrlandiya arasında ikitərəfli siyasi təmasların daha da artırılması və iqtisadi əməkdaşlığın genişləndirilməsinə ümidvar olduqlarını bildiriblər.

Səfər çərçivəsində T.Tağızadə İrlandiya Xarici İşlər və Ticarət Nazirliyinin Rusiya, Ukrayna, Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya idarəsinin rəisi xanım Keytriona Doyl, qurumun Protokol idarəsinin rəisi Sile Maguire və müavini Kler Bakli ilə də görüşüb.

Görüşlərdə əsasən, Azərbaycan ilə İrlandiya arasında mədəni əlaqələrdən söhbət açılıb. Bu çərçivədə Bakıda irland icmasının fəaliyyəti, hər il ənənəvi olaraq qeyd edilən Müqəddəs Petrik günü və s. haqqında danışılıb. Həmçinin hər iki cəmiyyət arasında təmasların artırılmasının ölkələrimiz arasında dayanıqlı münasibətlərin qurulmasına yaxşı zəmin yaradacağına əminlik ifadə edilib.

1news.az

Paylaş:
560

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər