Daha bir sürüşmənin qarşısı alındı
Bakı-Şamaxı-Yevlax yolunun Şərədil kəndi ərazisindən keçən hissəsində baş vermiş çökmənin qarşısı alınıb.
1news.az "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı-Şamaxı-Yevlax yolunun Şərədil kəndi ərazisindən keçən hissəsində yolun çökməsi ilə yanaşı, sürüşmə də baş verib: "Artıq həmin ərazidə çökmüş yol bərpa olunub. Sürüşmənin təkrarlanacağı təqdirdə avtomobil yoluna ziyan vurulmasının qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlər görülüb. Hazırda bu istiqamətdə işlər davam etdirilir".
Xatırladaq ki, bu il fevralın 27-də Bakı-Şamaxı-Yevlax yolunun Şərədil kəndi ərazisindən keçən hissəsində sürüşmə baş vermişdi. Sürüşmə nəticəsində yolun bir hərəkət zolağı çökmüşdü.
1news.az