ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsini müzakirə edəcək
Gələn həftə ATƏT-in Minsk qrupunun Vyanada növbəti iclası keçirəcək ki, burada Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi müzakirə ediləcək, RİA Novosti-nin məlumatına görə, bu haqda şənbə günü təşkilatın mənbəsi xəbər yayıb.
"Təmas xəttində gərginliyin davam etməsi və ATƏT-in münaqişənin həllində rolu nəzərə alınmaqla, gələn həftə müntəzəm məsləhətləşmələr çərçivəsində Dağlıq Qarabağ üzrə həmsədr ölkələr "üçlüyü" (Rusiya, ABŞ, Fransa) toplaşacaq. Onlar Minsk qrupu üzvlərinə yaranmış vəziyyət və həmsədrlərin bu həlli uzanan münaqişənin tezliklə həlli istiqamətində sonrakı addımları barədə məlumat verəcəklər", - deyə agentliyin həmsöhbəti bildirib.
Münaqişənin nizama salınması ilə bağlı ATƏT-in Minsk qrupu məşğuldur ki, burada Rusiya, ABŞ və Fransa həmsədrlik edirlər. Qrupa həmşinin Ermənistan, Azərbaycan, Belorusiya, Almaniya, İtaliya, İsveç, Finlandiya və Türkiyə də daxildir.
RİA Novosti