Rövşən Rzayev: “Ermənistan dövlətinin apardığı işğalçılıq siyasəti münaqişənin uzanmasına və daha da gərginləşməsinə səbəb olur” | 1news.az | Xəbərlər
Siyasət

Rövşən Rzayev: “Ermənistan dövlətinin apardığı işğalçılıq siyasəti münaqişənin uzanmasına və daha da gərginləşməsinə səbəb olur”

16:48 - 02 / 04 / 2016
Rövşən Rzayev: “Ermənistan dövlətinin apardığı işğalçılıq siyasəti münaqişənin uzanmasına və daha da gərginləşməsinə səbəb olur”

Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının idarə heyətinin üzvü Rövşən Rzayev qurumun mətbuat xidmətinə bildirib ki, aprelin 1-dən 2-nə keçən gecə erməni separatçı qüvvələri cəbhənin Tərtər istiqamətində növbəti dəfə atəşkəsi pozub:

“Gecə saatlarından başlayaraq bu hal daha da intensivləşib. Ağır texnikalardan, iri çaplı silahlardan güclü şəkildə istifadə edilməsi yerli əhali üçün gözlənilməz olub və böyük təhlükə yaradıb. Dinc sakinlər arasında ölən və yaralananlar var.

ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların davam etməsinə baxmayaraq qarşı tərəf atəşkəs rejiminin tələblərinə riayət etmir. Azərbaycanın münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində dinc və ədalətli yolla həll edilməsi cəhdlərinə əks tərəf daim təxribatlarla cavab verir.

Ermənistan dövlətinin apardığı işğalçılıq və təcavüzkar siyasət münaqişənin uzanmasına və daha da gərginləşməsinə səbəb olur. Ona görə də bu atışmaların qarşısı dərhal alınmalı, ATƏT-in Minsk qrupu öz fəaliyyətini təcili gücləndirməlidir. Sülh danışıqları prosesi davam etdirilməlidir.

Beynəlxalq təşkilatlar məsələyə münasibət bildirməli, atəşkəs bərpa olunmalıdır. Əks halda münaqişənin daha aktiv fazaya keçməsi üçün şərait yarana bilər və münaqişə regionda daha ağır nəticələrə səbəb olar. Bunun isə məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”.

1news.az

Paylaş:
489

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər