Bob Bləkman: BMT Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını təmin etməlidir | 1news.az | Xəbərlər
Siyasət

Bob Bləkman: BMT Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını təmin etməlidir

18:59 - 02 / 04 / 2016
Bob Bləkman: BMT Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını təmin etməlidir

Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, deputat Bob Bləkman Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində düşmən tərəfindən atəşkəsin pozulması ilə əlaqədar bəyanatla çıxış edib.

Dostluq qrupunun sədri bildirib ki, uzun müddətdir təmas xəttində gərginlik artmaqda idi. Hazırda cəbhə bölgəsində ağır döyüşlər gedir.

BMT bu qurumun Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində göstərildiyi kimi, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını təmin etməlidir.

AZƏRTAC

Paylaş:
666

Son xəbərlər

Bütün xəbərlər