Türkiyə XİN-i Ermənistanın antiazərbaycan əməliyyatlarını pisləyir | 1news.az | Xəbərlər
Siyasət

Türkiyə XİN-i Ermənistanın antiazərbaycan əməliyyatlarını pisləyir

23:50 - 02 / 04 / 2016
Türkiyə XİN-i Ermənistanın antiazərbaycan əməliyyatlarını pisləyir

Aprelin 2-də Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən gərginliyə münasibət bildirən Türkiyənin Xarici İşlər Nazirliyi (XİN)  şəhid olan Azərbaycan əsgərlərinə Allahdan rəhmət, yaxınlarına səbir, yaralılara isə şəfalar diləyərək, Ermənistanı atəşkəs rejiminə əməl etməyə və işğala son qoymağa dəvət edib.

1news.az-ın verdiyi xəbər görə, bu haqda Türkiyə XİN-in Azərbaycana dəstək bəyanatında qeyd olunur.

Həmçinin XİN-in bəyanatında bildirilir ki, yaranmış gərginliyə səbəb Ermənistanın Azərbaycan torpaqlarının beşdə birini işğal altında saxlaması, təcavüzkar mövqeyindən əl çəkməməsidir. Diqqətə çatdırılır ki, təcavüzkar Ermənistan BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal altındakı ərazilərinin azad edilməsi ilə bağlı məlum qətnamələrini yerinə yetirməlidir.

Bundan əlavə, vurğulanır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılan ATƏT-in Minsk Qrupunun üzvü olan Türkiyə problemin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində, ədalətli həllinin tapılması istiqamətindəki səylərini bundan sonra da davam etdirəcək.

Mövzu ilə əlaqədar oxuyun:

Ərdoğan Azərbaycan prezidentinə zəng edib

Türkiyə və Azərbaycanın Müdafiə nazirləri cəbhədə yaranmış vəziyyəti müzakirə ediblər

1news.az

Paylaş:
579

Son xəbərlər

Bütün xəbərlər