Elmar Məmmədyarov: “Gərginliyin səbəbi Ermənistan qoşunlarının Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğudur” | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov: “Gərginliyin səbəbi Ermənistan qoşunlarının Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğudur”

16:16 - 03 / 04 / 2016
Elmar Məmmədyarov: “Gərginliyin səbəbi Ermənistan qoşunlarının  Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğudur”

Cəbhədə yaranmış son gərginliklə əlaqədar xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Federativ Respublikasının xarici işlər naziri və hal-hazırda ATƏT-in fəaliyyətdə olan sədri Frənk Valter Ştanmayer və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber ilə telefonla danışıb.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Elmar Məmmədyarov Ermənistanın qoşunların təmas xəttində yaranmış gərginlik ilə əlaqədar həmkarına məlumat verib. O bildirib ki, mülki şəxsləri hədəfə alaraq, qoşunların təmas xətti boyunca ağır atəş vasitələrindən istifadə etməklə Ermənistan tərəfindən Azərbaycan silahlı qüvvələrinin mövqeləri intensiv atəşə tutulub. Mülki insanların təhlükəsizliyini təmin etmək və Ermənistanın təxribatçı addımlarının qarşını almaq üçün Azərbaycan silahlı qüvvələrinin zəruri cavab tədbirləri gördüyünü deyən nazir Elmar Məmmədyarov Ermənistan tərəfindən atəşkəsin pozulmasının davam etdirildiyini qeyd edib. O əlavə edib ki, bu kimi gərginliyin yaranmasının əsas səbəbi Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğudur.

Elmar Məmmədyarov gərginliyin aradan qaldırılması və münaqişənin həllində irəliləyişə nail olmaq üçün beynəlxalq ictimaiyyətin tələbi ilə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistan qoşunlarının bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb.

Nazir Elmar Məmmədyarovun digər həmkarları ilə də təmasları nəzərdə tutulub.

1news.az

 

Paylaş:
496

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRHBu gün, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19
Bütün xəbərlər