​FHN: Türkmənistan sahillərində tapılan itkin neftçinin meyiti təyyarə ilə gətiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

​FHN: Türkmənistan sahillərində tapılan itkin neftçinin meyiti təyyarə ilə gətiriləcək

16:33 - 03 / 04 / 2016
​FHN: Türkmənistan sahillərində tapılan itkin neftçinin meyiti təyyarə ilə gətiriləcək

Fövqəladə Hallar Nazirliyi (FHN) dünən Xəzər dənizinin Türkmənistan sahillərində aşkar edilmiş meyitin ölkəyə gətirilməsi məqsədilə adıçəkilən ölkəyə təyyarə göndərəcək.

1news.az FHN-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitin, ilkin olaraq, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin olduğu ehtimal edildiyindən, onun ölkəyə gətirilməsi məqsədilə Türkmənistana amfibiya tipli təyyarə göndərilməsi üçün hazırlığa başlanılıb.

Bununla əlaqədar, FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsinin istintaq qrupu ilə birgə cəsədin tanınması və respublikaya gətirilməsi məqsədilə Türkmənistana göndəriləcək. Artıq bu istiqamətdə hazırlıq işləri aparılır.

1news.az

Paylaş:
585

Son xəbərlər

Bütün xəbərlər