Əli Həsənov: “Ermənistan beynəlxalq təşkilatların çağırışlarına məhəl qoymur, qarşıdurmanı davam etdirir" | 1news.az | Xəbərlər
Siyasət

Əli Həsənov: “Ermənistan beynəlxalq təşkilatların çağırışlarına məhəl qoymur, qarşıdurmanı davam etdirir"

17:38 - 03 / 04 / 2016
Əli Həsənov: “Ermənistan beynəlxalq təşkilatların çağırışlarına məhəl qoymur, qarşıdurmanı davam etdirir"

"Hazırda Azərbaycan Ordusu birtərəfli qaydada ATƏT-in Minsk Qrupunun həmsədrlərinin, o cümlədən Minsk Qrupuna həmsədr olan ölkələrin və digər beynəlxalq təşkilatların müraciətlərini nəzərə alaraq, aktiv hərbi əməliyyatları dayandırıb, öz mövqelərini möhkəmlədərək atəşkəs rejiminə əməl edir. Sadəcə, silahlı qüvvələrimiz ermənilərin hələ də davam edən hücum cəhdlərindən müdafiə olunur və lazımi cavab verir".

1news.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Ə. Həsənov bildirib ki, aprelin 2-də Ermənistanın Azərbaycan ordusunun mövqelərini, ətraf kəndləri, qaçqın düşərgələrini intensiv atəşə tutmasına cavab olaraq silahlı qüvvələrimiz hücuma keçmiş və vacib, strateji əhəmiyyət kəsb edən yüksəkliklərə nəzarəti ələ keçirmişdir. Hazırda isə ordumuz fəal hərbi əməliyyatları dayandırıb, yalnız müdafiə tədbirləri görür: "Amma ermənilər hələ də Azərbaycan mövqelərinə hücum edir, hətta bəzən daha intensiv şəkildə, bütün növ silahlardan atəş açırlar. Bu da onu göstərir ki, Ermənistan beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in Minsk Qrupunun çağırışlarına məhəl qoymur, mövcud qarşıdurmanı davam etdirmək istəyir".

Ə. Həsənovun sözlərinə görə, prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş Təhlükəsizlik Şurasının iclasında da vurğulanıb ki, Ermənistan növbəti dəfə təxribata əl atıb və bu təxribat cəbhə bölgələrində silahlı qarşıdurmaya şərait yaradıb: " Azərbaycan ordusu müdafiə olunub, sonra da əks-hücuma keçərək bu təxribata kifayət qədər layiqli cavab verib. Azərbaycan ordusu bu gün işğal altındakı əraziləri azad etmək iqtidarındadır. Bu reallığı biz davamlı olaraq təxribatçı Ermənistana nümayiş etdirmişik və gələcəkdə də nümayiş etdirəcəyik. Azərbaycan bütün lazımi tədbirləri görməklə bərabər, ATƏT çərçivəsində danışıqların bərpa olunmasına və məsələnin sülh yolu ilə həllinə hazırdır". 

Prezidentin köməkçisi onu da bildirib ki, Azərbaycan son proseslərlə bağlı həm beynəlxalq medianın, həm də sosial şəbəkə istifadəcilərinin obyektiv məlumat alması üçün zəruri tədbirlər görür: "Biz Azərbaycanın mövqeyi, baş vermiş hadisələrin təfsilatı ilə bağlı lazımi informasiyaları hər yerə çatdırırıq. Biz ermənilərin həm cəbhədəki, həm də informasiya məkanındakı təxribatına layiqli cavab veririk”.

1news.az

Paylaş:
553

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRHBu gün, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19
Bütün xəbərlər