ANS: Azərbaycan silahlı qüvvələri artıq bir neçə on kilometrlərlə irəli gedib və torpaqları geri qaytarıb - VİDEO | 1news.az | Xəbərlər
Siyasət

ANS: Azərbaycan silahlı qüvvələri artıq bir neçə on kilometrlərlə irəli gedib və torpaqları geri qaytarıb - VİDEO

18:13 - 03 / 04 / 2016
 ANS: Azərbaycan silahlı qüvvələri artıq  bir neçə on kilometrlərlə irəli gedib və torpaqları geri qaytarıb - VİDEO

1news.az ANS PRESS-ə istinadən xəbər verir ki, Vahid Mustafayev cəbhə bölgəsinə ezam olunaraq Ermənistanla təmas xəttindən məlumat verib:

“Burada da ayın 1-dən 2-sinə keçən gecə ermənilər tərəfindən genişmiqyaslı hücum təşkil edilmişdi. Azərbaycan yaşayış məntəqələrinə ağır texnika ilə başlayan bu hücum qarşısı burada alınıb. Digər tərəfin çox danışmasına baxmayaraq Azərbaycan əsgərinin danışmaq üçün imkanları və vaxtı olmadığı üçün, biz bu işi müvəffəqiyyətlə öz üzərimizə götürürük”.

Vahid Mustafayev daha sonra ermənilərin vurulan “T-72” tankının görüntülərini nümayiş etdirib və bildirib ki, görünən tank kalonda hərəkət edən ilk tank idi:

“Ondan sağ tərəfdəki isə ikinci tankdır. Onların arxasınca iki yüngül  texnika olan “BMP 2” hərəkət edərkən Azərbaycan ordusu tərəfindən məhv edilib. Digər tanklar isə yerlərini dəyişərək ərazidən uzaqlaşıb”.

Xüsusi müxbir daha sonra qeyd edib ki, bu gecə də bu onun dayandığı istiqamətdə yox, məhz digər istiqamətdə erməni tərəfinin 4 tankı sıradan çıxarılıb və məhv edilib.

"Hazırda bütün ərazilər müdafiə olunur. Artıq  bir neçə on kilometrlərlə irəli gedilib və torpaqlar geri qaytarılıb."

Aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var.

Bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib.

Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.

Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.

Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.

Hazırda həmin yüksəkliklər və yeni müdafiə xətti boyu müvafiq gücləndirmə tədbirləri həyata keçirilir, yeni səngərlər qazılır və mövqelərdə möhkəmləndirmə işləri aparılır.

Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.

1news.az

Paylaş:
13363

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRHBu gün, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19
Bütün xəbərlər