Azərbaycan şəhidləri son mənzilə yola saldı- FOTO
Azərbaycanın müxtəlif bölgələrindən olan hərbilçilər cəbhə bölgəsində ötən gün baş verən döyüşlərdə qəhrəmanlıqla şəhid olublar. 3 aprel tarixində şəhidlər torpağa tapşırılıb.
1news.az "Report"a istinadən xəbər verib ki, Biləsuvar ərazisində yerləşən qaçqın şəhərciyində Azərbaycan ordusunun şəhid olan hərbçisi dəfn olunub. Cəbrayıl rayon sakini, 22 yaşlı hərbçi Ruhin Əsgər oğlu Qəhrəmanovun nəşi qəsbəyə gətirilib, şəhidin ruhuna dualar oxunub. Sonra cənazə 3 saylı qəsəbənin qəbristanlığında dəfn olunub.
Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin (MN), Cəbrayıl Rayon İcra Hakimiyyətinin (RİH) rəsmiləri, ailə üzvləri, xidmət etdiyi hərbi hissənin komandirləri, əsgər yoldaşları və ictimaiyyətin nümayəndələri iştirak edib.
Azərbaycanın şəhid olan daha bir əsgəri dəfn olunub. Düşmən həmləsini dəf edərkən 20 yaşlı Orxan Əliyev qəhrəmancasına həlak olub. Şəhidin cənazəsi Qazax rayonun Aslanbəyli kəndində torpağa tapşırılıb.
Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin (MN), Qazax Rayon İcra Hakimiyyətinin (RİH) rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Azərbaycanla Ermənistan silahlı qüvvələrinin təmas xəttində gedən döyüşdə şəhid olan Sərvan Mehrəliyev dəfn olunub.
Əslən Xocalıdan olan S.Mehralıyev Ağdamın Ballar kəndində torpağa tapşırılıb. Şədimizin dəfn mərasimində rayon ictimaiyyəti iştirak edib.
Erməni Silahlı Qüvvələrinin təxribatının qarşısını alan zaman şəhid olan Azərbaycan ordusunun əsgəri 1997-ci il təvəllüdlü Rəvan İsmayıl oğlu Nurayev Zaqatala rayonun Muxax kəndində torpağa tapşırılıb.
Cəbəhənin Füzuli istiqamətində şəhid olan Azərbaycan ordusunun giziri dəfn olunub. Nicat Bəhruz oğlu İsgəndərov Tərtər şəhər qəbiristanlığında torpağa tapşıtılıb.
Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin (MN), Tərtər Rayon İcra Hakimiyyətinin (RİH) və ictimaiyyət nümayəndələri iştirak edib.