Ərdoğan: Biz sona qədər Azərbaycana lazım olan dəstəyi göstərəcəyik - FOTO
Türkiyə -Amerika mədəniyyət mərkəzinin açılışında iştirak edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ ərazində baş verən son hadisələr haqqında jurnalistin sullarını cavanlandırıb.
Türkiyə prezidentinin sözlərinə görə ATƏT-in Minsk qrupu vaxtında qərarlılıq göstərib AErmənistanı sülhə vadar etsəydi, ermənilərin işğal etdiyi Azərbaycan torpaqlarında dünənki hadisə baş verməzdi.
"Biz azərbaycanlı bacı və qardaşlarımız üçün dua edirik.Ümid edirik ki, uğur ən az itkilərlə Azərbaycanın tərəfində olacaq. Təəssüf ki Minsk qrupunun qətiyyətsizliyi belə kədərli nəticələrə səbəb oldu. Azərbaycan qardaşlarıma yardım etməsi üçün Allaha dua edirəm. Biz nə kədərlənəcək, nə də həyəcanlanmayacağıq, Allaha inamımızı qoruyaraq, yardım edəcəyinə inanacağıq",- Ərdoğan deyib.
Türkiyənin qardaş Azərbaycana yardım etməyə hazır olması ilə bağlı sualı Türkiyə prezidenti cavablandıraraq deyib:"Biz sona qədər Azərbaycana lazım olan bütün dəstəyi göstərməyə hazırıq. Dünənki çıxışım zamanı Ermənistanın nüvə silahı ilə bağlı ambisiyaları məsələsinə toxundum, dünya ictimaiyyətini bu məsələni nəzarətdə saxlamağa çağırdım. Qardaşım İlham Əliyev də çıxıçında bu məsələyə toxunub. Əminəm elə bir zaman gələcək ki, ədalət qələbə çalacaq".