ABŞ-ın Dövlət Departamenti təmas xəttində atəşkəsin pozulması hallarını pisləyir
Birləşmiş Ştatlar Dağlıq Qarabağda təmas xətti boyu atəşkəsin pozulması hallarını pisləyib
1news.az xəbər verir ki, ABŞ Dövlət Katibinin bəyanatına görə, Birləşmiş Ştatlar Dağlıq Qarabağda təmas xətti boyu yer alan və məlumatlara görə mülki şəxslər də daxil olmaqla itkilərə səbəb olan iri miqyaslı atəşkəs rejiminin pozulması hallarını qəti şəkildə pisləyir.
İtki verən ailələrə başsağlığı veririk. Tərəfləri atəşkəs rejiminə riayət etməyə və təmkinli olmağa, gələcək gərginliyin artmasına yol verməməyə çağırırıq. Yaranmış qeyri sabit vəziyyət onu göstərir ki, tərəflər ATƏT-ın Minsk Qrupu çərçivəsində münaqişənin geniş həllinə dair dərhal danışıqlara qatılmalıdır.
Təkrar edirik ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolu yoxdur. Həmsədr dövləti olan ABŞ tərəflərlə işləyərək davamlı və razılaşdırılmış sülh həllinin əldə olunmasına dair öhdəliyinə sadiqdir.