Nazir Mingəçevirdə vətəndaşları qəbul edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir Mingəçevirdə vətəndaşları qəbul edəcək

13:28 - 04 / 04 / 2016
Nazir Mingəçevirdə vətəndaşları qəbul edəcək

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə  aprelin 7-də Mingəçevir şəhərində vətəndaşlarla görüşəcək.

1news.az-ın məlumatına görə, saat 10:00-da başlayacaq qəbulda Mingəçevirlə yanaşı Ağdaş, Göyçay, Ucar və Kürdəmir rayonlarının sakinləri də iştirak edəcəklər.

Nazirlikdən bildiriblər ki, qəbulda əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur)  əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

Mingəçevir şəhərində - 02427 52999

Ağdaş rayonunda - 02023 55199

Göyçay rayonunda - 02027 43333

Ucar rayonunda - 02021 33777

Kürdəmir rayonunda - 02025 51599

1news.az

Paylaş:
451

Son xəbərlər

Bütün xəbərlər