Erməni hərbçilər Azərbaycanı ittiham etmək üçün öz vətəndaşlarını güllələdi? – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Erməni hərbçilər Azərbaycanı ittiham etmək üçün öz vətəndaşlarını güllələdi? – FOTO

14:03 - 04 / 04 / 2016
Erməni hərbçilər Azərbaycanı ittiham etmək üçün öz vətəndaşlarını güllələdi? – FOTO

Dünəndən başlayaraq bir çox erməni saytları hər hansı sübut təqdim etmədən ölən və yaralanan dinc erməni əhalisi ilə bağlı məlumat yayır, buna görə məsuliyyəti Azərbaycan ordusunun özərinə qoymağa çalışırlar.

Əgər əvvəl Ermənistan KİV-ində ancaq səliqəli vəziyyətdə xəstəxada uzanan və heç bir yaralanma izi olmayan yaralı uşaqların fotoları görünürdüsə, bir qədər sonra güya “Azərbaycan əsgərlərinin əli ilə” cəbhə bölgəsində öldürülən ailələrin fotoları yayımlanır.

Lakin buna cavab olaraq erməni müxalifətinə aid olan “Facebook” istifadəçiləri əminliklə bildirir ki, buradakı saxtakarlıq göz önundədir. Əsas məqsəd isə erməni silahlılarının özlərinin törətdiyi cinayətin məsuliyyətini qarşı tərəfin üzərinə qoymaqdır.

“Şəkillərdən müşahidə etmək olur ki, dinc əhali Azərbaycan Silahlı qüvvələrinin Erməni silahlılarının mövqelərinə bombardmanı nəticəsində deyil, soyuqqanlılıqla yaxından atılan güllədən ölüblər.

Əgər Azərbaycan qoşunları belə çinayəti etmiş olsaydı, onların ordusu indi həmin ərazini nəzarət altında saxlayardı. Çətin ki həmin vaxt siz bu fotoları çəkə biləydiniz. Əgər evə mərmi düşmüş olsaydı, onun təkcə qapısı sınmazdı”, - Levon Sarkisyan adlı erməni “facebook” istifadəçisi foto ilə bağlı fikirlərini bildirib və yazdığı şərhlərin davamlı şilindiyindən şikayətlənib.

“Bizə yalan deməyiniz azmiş kimi, hələ bir orta əsrlər metodu ilə əhalinin gözünü qorxutmağa çalışırsınız. (baxın,bizim düşmənimiz necə vəhşidir). Xaricilərə isə bu fotoları göstərib deyirsiniz- bizim heç nədə günahımız yoxdur, hər şeyi düşmən edib. Yetər artıq, mənim şərhlərimi silməyin!”,- Levon Sarkisyan adlı erməni “facebook” istifadəçisi yazıb.

Bakıda erməni tərəfin ittihamları təkzib olunur.

“Azərbaycan Silahlı Qüvvələri dinc əhali ilə müharibə aparmır”, - bunu 1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Erməni KİV-ində yayılan fotoları şərh edərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri istisnasız olaraq  Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın silahlılarına qarşı döyüş əməliyyatları aparır.

“Azərbaycan SQ heç vaxt dinc əhaliyə atəş açmayıb. Bu foto isə erməni tərəfin növbəti təxribatıdır”, - deyən V.Dərgahlı qeyd edib ki, məhz erməni ordusu dəfələrlə sərhədyanı ərazidə yaşayan azərbaycanlı dinc əhaliyə qarşı cinayətlər törədib.

1news.az

Paylaş:
4310

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRHBu gün, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19
Bütün xəbərlər