Benilüks Azərbaycanlıları Konqresi ermənilərin hərbi təxribatları ilə bağlı bəyanat yayıb | 1news.az | Xəbərlər
Siyasət

Benilüks Azərbaycanlıları Konqresi ermənilərin hərbi təxribatları ilə bağlı bəyanat yayıb

14:28 - 04 / 04 / 2016
Benilüks Azərbaycanlıları Konqresi ermənilərin hərbi təxribatları ilə bağlı bəyanat yayıb

Benilüks Azərbaycanlıları Konqresi Ermənistan silahlı bölmələrinin  cəbhə xəttində törətdiyi hərbi təxribatlarla əlaqədar bəyanat yayıb.

1news.az-ın məlumatına görə, bəyanatda bildirilir ki, aprelin 1-dən 2-ə keçən gecə Ermənistan silahlı bölmələrinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində Azərbaycan Ordusunun mövqelerini iriçapli silahlardan, artilleriya ve tanklardan atəşə tutması faktı dünyada yaşayan bütün azərbaycanlıları hiddətləndirib. 

Benilüks Azərbaycanlıları Konqresi  kənd və yaşayış obyektlərinin Ermənistan ordusu tərəfindən intensiv atəşə tutulması, məktəb binalarının mərmilərlə dağıdılması, dinc əhalinin həyatlarını itirməsi faktından narahatlıq ifadə edərək bildirir ki, son hadisələrlə əlaqədar dünya ictimaiyyəti Ermənistan dövlətinin həyata keçirdiyi siyasəti qəti şəkildə pisləməldir.

BAK son vəziyyətlə bağlı  bir çox  Avropa təşkilatlarını və beynəlxalq qurumları Azərbaycana qarşı ikili standartlar tətbiq etməməyə, ATƏT və digər qurumları Azərbaycan Respublikasının  Ermənistan tərəfindən işğalı aktına göz yummamağa çağırıb.

Həmçinin, bəyanatda BMT-nin işğalçı Ermənistanla bağlı qəbul etdiyi 4 qətnaməsinin hələ də yerinə yetirilmədiyi, işğalçı dövlətin beynəlxalq ictimaiyyət tərəfindən qınağa çəkilmədiyi vurğulanır.

“Regionda sülhün, sabitliyin tərəfdarı olanlar bilməlidirlər ki, bölgədə sülh yalnız ermənilərin  Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etdikləri vaxtı mümkündür. Azərbaycan xalqı Ermənistanın işğalçı siyasəti ilə heç bir zaman barışmayacaqdır!”- deyə, bəyanatda bildirilir.

1news.az

Paylaş:
718

Son xəbərlər

Bütün xəbərlər