Elmar Məmmədyarov bir sıra dövlətlərin xarici işlər nazirləri və beynəlxalq təşkiklatların rəhbərlərinə məktub ünvanlayıb | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov bir sıra dövlətlərin xarici işlər nazirləri və beynəlxalq təşkiklatların rəhbərlərinə məktub ünvanlayıb

17:12 - 04 / 04 / 2016
Elmar Məmmədyarov bir sıra dövlətlərin xarici işlər nazirləri və beynəlxalq təşkiklatların rəhbərlərinə məktub ünvanlayıb

Xarici işlər naziri Elmar Məmmədyarov bir sıra dövlətlərin xarici işlər nazirləri və beynəlxalq təşkilatların rəhbərlərinə məktub ünvanlayıb.

Bu barədə 1news.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Məlumata görə, nazir E.Məmmədyarov ATƏT-in Minsk qrupunun üzv dövlətləri, eləcə də MDB ölkələri, ATƏT-in Fəaliyyətdə olan Sədri statusunda Almaniya və ATƏT sədrliyində olan troyka dövlətlərinə və BMT, İƏT və NATO-nun Baş katiblərinə və Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Federika Mogeriniyə məktub ünvanlayıb.

Məktubda 2 aprel 2016-cı il tarixində cəbhəyanı ərazilərdə sıx məskunlaşan mülki əhali hədəfə alınaraq, Ermənistan tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin qoşunların təmas xətti boyunca mövqeləri ağır silahlardan intensiv atəşə tutması və nəticədə bir neçə mülki şəxslər arasında tələfat olduğu haqqında məlumat verib.

Bildirilib ki, Azərbaycan Silahlı Qüvvələri özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, Ermənistanın təxribatlarının dayandırılması məqsədilə lazımı addımlar atıb.

Məktubda münaqişənin davam etməsi və bunun nəticəsində gərginliyin artmasının əsas səbəbinin Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu olduğu qeyd edilib.

Nazir bildirib ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində BMT Dağlıq-Qarabağ regionunun Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha təsdiq edib və işğalçı qüvvələrin bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edib.

Nazir Ermənistanın öz xalqını və beynəlxalq ictimaiyyəti aldatmağı dayandırmalı, ilhaqçı siyasətinə son qoymalı, qonşunlarını işğal edilmiş bütün Azərbaycan ərazilərindən çıxarmalı və danışıqlar prosesində konstruktiv şəkildə iştirak etməli və öz beynəlxalq öhdəliklərinə riayyət etməli olduğunu bildirib.

1news.az

Paylaş:
648

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRHBu gün, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19
Bütün xəbərlər