Ukraynada bütün azərbaycanlıları Prezident İlham Əliyevin ətrafında daha sıx birləşməyə çağırdılar | 1news.az | Xəbərlər
Siyasət

Ukraynada bütün azərbaycanlıları Prezident İlham Əliyevin ətrafında daha sıx birləşməyə çağırdılar

17:40 - 04 / 04 / 2016
Ukraynada bütün azərbaycanlıları Prezident İlham Əliyevin ətrafında daha sıx birləşməyə çağırdılar

Azərbaycanın Dağlıq Qarabağ ərazisi ətrafında son hadisələr və ermənilərin təxribatına baxmayaraq Kiyevin “Ukrayna” mehmanxanasının konfrans zalında Ukraynada yaşayan diasporumuzun nümayəndələrinin iclası olub.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, iclasda “Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu” Ümumukrayna İctimai Təşkilatının sədri Hikmət Cavadov, Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyev, Kiyev Milli Aviasiya Universitetinin professoru, Ukraynanın Əməkdar Təhsil İşçisi, Ukrayna azərbaycanlıları ictimai təşkilatının rəhbəri Arif Quliyev, Şeyx Şakir Yəhyayev, diaspor fəalları Akif Gülməmmədov, Fail Abidov, Hacı Əbülfəz Qasımov, Hamlet Paşayev, Ağasəlim Bağırov və başqaları iştirak ediblər.

Həmvətənlərimiz Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyiblər, Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə, azərbaycanlı əsgər və zabitlərin qəhrəmanlığına və şücaətinə yüksək qiymət veriblər.

Ukraynada yaşayan həmvətənlərimiz azərbaycanlıları çətin sınaq günlərində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında daha sıx birləşməyə, yüksək vətənpərvərlik göstərməyə və Azərbaycana hərtərəfli dəstək göstərməyə çağırıblar.

Sonra tədbirə toplaşanlar düşmənlə döyüşdə şəhid olmuş hərbi qulluqçuların yaxınlarına və ailələrinə başsağlığı verib, həlak olanların nurlu xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Bütün çıxış edənlər vurğulayıblar ki, erməni təcavüzkarları və işğalçıları Azərbaycana növbəti dəfə hücum edəcəyi təqdirdə də bu günlərdə Dağlıq Qarabağda olduğu kimi lazımi cavabı alacaq və ciddi itkilər verərək geri oturdulacaqlar.

Tədbirdə, həmçinin Ukrayna ictimaiyyətinin, yerli KİV-lərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv məlumatlandırılmasının zəruriliyi, erməni saxtakarlarının “materiallarına” mediada cavab verilməsi barədə fikirlər səsləndirilib.

1news.az

Paylaş:
588

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRHBu gün, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19
Bütün xəbərlər