İtaliyanın sabiq xarici işlər naziri və Bosniya və Herseqovinanın sabiq baş naziri İlham Əliyevə başsağlığı veriblər | 1news.az | Xəbərlər
Siyasət

İtaliyanın sabiq xarici işlər naziri və Bosniya və Herseqovinanın sabiq baş naziri İlham Əliyevə başsağlığı veriblər

19:03 - 04 / 04 / 2016
İtaliyanın sabiq xarici işlər naziri və Bosniya və Herseqovinanın sabiq baş naziri İlham Əliyevə başsağlığı veriblər

İtaliyanın sabiq xarici işlər naziri Franko Frattinidən və Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Laqumciya Prezident İlham Əliyevə məktub ünvanlayıblar.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Biz Dağlıq Qarabağda uşaqlar da olmaqla, insan tələfatı ilə nəticələnən, gözlənilməz gərginliyə gətirib çıxaran qarşıdurma xəbərini dərin kədər hissi ilə qarşıladıq.

Yaranmış bu vəziyyətlə əlaqədar Nizami Gəncəvi Beynəlxalq Mərkəzi adından başsağlığımızı və dərin narahatlığımızı bildiririk. Biz inanırıq ki, Siz atəşkəsə nail olmaq məqsədilə bütün diplomatik vasitələrdən və bu vəziyyətdən münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində uzunmüddətli həllində son mərhələyə gətirib çıxara biləcək danışıqlara nail olmaq üçün istifadə edəcəksiniz.

Əgər lazım gələrsə, münaqişənin davamlı və sülh yolu ilə həlli üçün, xüsusilə də bu vəziyyətdə dialoqun bütün mərhələlərinə ehtiyac duyulduğu anda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri özlərinin birgə təcrübə formalarını təqdim etməyə hazırdır. Biz Sizi bu səylərinizdə dəstəkləməyə hazırıq.

Cənab Prezident, xahiş edirik kədərimizlə yanaşı, Sizə olan hörmətimizi və ehtiramımızı qəbul edəsiniz”.

Hörmətlə,

Franko Frattini

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

2002-2004, 2008-2011-ci illərdə İtaliyanın xarici işlər naziri

Zlatko Laqumciya

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü

2001-2002-ci illərdə Bosniya və Herseqovinanın Baş naziri

1news.az

Paylaş:
576

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyaları niyə uğurzsuz oldu? - ŞƏRHBu gün, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19
Bütün xəbərlər