Azərbaycanın Fransadakı səfiri “France 24” televiziya kanalına müsahibə verib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın Fransadakı səfiri “France 24” televiziya kanalına müsahibə verib

10:02 - 04 / 04 / 2016
Azərbaycanın Fransadakı səfiri “France 24” televiziya kanalına müsahibə verib

“France 24” televiziya kanalında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki gərginliklə bağlı Fransadakı səfirimiz Elçin Əmirbəyovun müsahibəsi yayımlanıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, reportajda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Erməni hərbiçiləri ölmək istəmirlərsə, bizim torpaqlardan çıxıb getsinlər” fikri səsləndirilib.

Aparıcının şərhindən sonra səfir Elçin Əmirbəyov Dağlıq Qarabağın tarixi, ermənilərin bu ərazilərə köçürülməsi haqqında məlumat verərək, son günlər qoşunların təmas xəttində yaranan gərginlikdən, eləcə də ermənilərin Azərbaycan ərazilərində apardıqları etnik təmizləmə siyasətindən, xalqımıza qarşı törətdikləri Xocalı soyqırımından danışıb.

O, Azərbaycanın ermənilərə qarşı heç bir düşmənçilik aparmadığını, ermənilərin Dağlıq Qarabağ ərazisinə 150 il bundan əvvəl köçürüldüyünü və bundan sonrakı 70 il ərzində hər iki xalqın birgə sülh şəraitində yaşadığını diqqətə çatdırıb. Diplomat Azərbaycanın növbəti dəfə Ermənistanın təxribatına məruz qaldığını, erməni hərbi birləşmələrinin daim dinc əhalini hədəfə aldığını, uzun illərdən bəri vasitəçilərin sülh yolu ilə münaqişəni həll etmək istiqamətində fəaliyyətinin heç bir nəticə vermədiyini qeyd edib.

Ermənistanın hazırkı status-kvonu saxlamaqda maraqlı olduğunu diqqətə çatdıran Elçin Əmirbəyov danışıqlar prosesində Ermənistanın qeyri-konstruktiv mövqe tutduğunu bildirib. O, bu gün Azərbaycan ərazilərinin işğalının kifayət qədər işıqlandırılmadığına təəssüfləndiyini bildirərək, ATƏT-in Minsk qrupunun həmsədrlərinin hazırki status-kvonun qəbuledilməz olduğunu dəfələrlə qeyd etdiklərini xatırladıb.

Səfir deyib: “Aprelin 2-də Kəlbəcər rayonunun işğalının 23-cü ildönümündə Ermənistanın növbəti təxribat yaratması, dinc əhalini hədəf seçməsi bir daha göstərir ki, bu ölkənin əsas məqsədi bu ərazidə yaşayan insanları qorxutmaq, onları təşvişə salmaqdır. Ermənilər ərazilərimizin 20 faizini işğal edəndə apardıqları siyasəti yenidən təkrar edirlər”.

Səfir həqiqətin göz qabağında olduğunu, bu gün təkcə Dağlıq Qarabağın deyil, Azərbaycanın digər 7 rayonunun da erməni işğalı altında olduğunu diqqətə çatdırıb.

Dağlıq Qarabağda azərbaycanlı və erməni icmalarının əvvəllər birgə yaşadığını qeyd edən diplomat Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən geri çəkilməyəcəyi təqdirdə sülhdən danışmağın əbəs olduğunu bildirib.

1news.az

Paylaş:
826

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRHBu gün, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19
Bütün xəbərlər