Ermənilər itkilərinin daha bir qismini etiraf ediblər | 1news.az | Xəbərlər
Siyasət

Ermənilər itkilərinin daha bir qismini etiraf ediblər

23:40 - 04 / 04 / 2016
Ermənilər itkilərinin daha bir qismini etiraf ediblər

Ermənilər itkilərinin daha bir qismini etiraf ediblər.

1news.az APA-ya istinadən xəbər verir ki, qondarma "Dağlıq Qarabağ Respublikası"nın "müdafiə ordusunun operativ şöbəsinin rəisi polkovnik" Vitaliy Arustamyan deyib ki, təkcə aprelin 2-nə keçən gecə baş vermiş insident nəticəsində Ermənistan tərəfdən 20 hərbçi ölüb, 26-sı itkin düşüb, 72 nəfər isə  yaralanıb.

 Arustamyan, həmçinin, 8 strateji yüksəkliyin Azərbaycan Ordusunun nəzarətinə keçdiyini də etiraf edib

Qeyd edək ki, bundan əvvəl də Ermənistan prezidenti Serj Sarkisyan daha 18 hərbçinin öldüyünü açıqlamışdı.

Məlumatlara görə, son insidentdə ermənilərin 140-dən hərbçisi məhv edilib və itkin düşüb, 500-dək isə yaralı var.   

1news.az

Paylaş:
739

Son xəbərlər

Bütün xəbərlər