Münaqişə Avropa Qran-Prisinin Bakıda təşkilinə təsir etməyəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Münaqişə Avropa Qran-Prisinin Bakıda təşkilinə təsir etməyəcək

01:02 - 05 / 04 / 2016
Münaqişə Avropa Qran-Prisinin Bakıda təşkilinə təsir etməyəcək

Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi "Formula-1" üzrə Avropa Qran-Prisinin ilk dəfə Bakıda təşkilinə təsir etməyəcək.

1news.az-ın "Report"a istinadən verdiyi məlumata görə, bu barədə Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya Departamentinin rəhbəri Nigar Arpadarai "R-Sport"a bildirib.

O deyib ki, Gənclər və İdman Nazirliyi də belə bir açıqlama ilə çıxış edib:

"Hər şey plan üzrə gedir. Yaranmış vəziyyətin heç bir təsiri yoxdur. Yürüş planlaşdırdığımız kimi də olacaq. Hər şey qüvvədədir".

Qeyd edək ki, Avropa Qran-Prisi 17-19 iyun tarixlərində Bakı küçələrində təşkil olunacaq.

1news.az

Paylaş:
544

Son xəbərlər

Bütün xəbərlər