Mədəniyyət Klubunun işçisi qətlə yetirildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Mədəniyyət Klubunun işçisi qətlə yetirildi

13:41 - 05 / 04 / 2016
Mədəniyyət Klubunun işçisi qətlə yetirildi

Beyləqan rayonunda qətl hadisəsi baş verib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə dünən sözügedən rayonun İmamverdilər kəndində qeydə alınıb.

Belə ki, kəndin Mədəniyyət Klubuna gəlmiş kənd sakini Həsənalı Quliyev orada işləyən həmkəndlisi Validə Tağıyevaya münaqişə zəminində bıçaqla xəsarət yetirib. V.Tağıyeva hadisə yerində ölüb.

Hadisəni törədən H.Quliyev könüllü olaraq Beyləqan Rayon Polis Şöbəsinə gəlib təslim olub.

Qətlin səbəbləri barədə məlumat verilmir, faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
403

Son xəbərlər

Bütün xəbərlər