SIPRI: Azərbaycanın hərbi xərcləri genişlənib | 1news.az | Xəbərlər
Siyasət

SIPRI: Azərbaycanın hərbi xərcləri genişlənib

16:44 - 05 / 04 / 2016
SIPRI: Azərbaycanın hərbi xərcləri genişlənib

Dünya üzrə hərbi xərclər 2015-ci ilin yekunlarına görə 1.7 trilyon dollar təşkil edib. Bu rəqəmin 2011-ci ildən bu yana ilk dəfə olaraq 1 faiz artdığı Stokholm Dünya Problemlərinin Tədqiqi İnstitutunda hesablanıb.

İnstitutun hesablamalarına əsasən Azərbaycanın hərbi xərcləri 2015-ci ildə 3 milyard dollar təşkil edib ki, bu da 2006-cı illə müqayisədə 165 dəfə çoxdur.

Neft qiymətlərinin azalmasına baxmayaraq, AR-in 2014-cü ildəki hərbi  xərcləri 8 faiz artırılıb. Bu isə Azərbaycan və Ermənistan arasında gərginliyin artması ilə əlaqədardır.

Reytinqin lideri hələ də ABŞ-dır. Baxmayaraq ki, onların bu müddət ərzində hərbi xərcləri 2.4 faiz, yaxud, 596 milyard dollar azalıb.

Çinin hərbi xərcləri isə  7.4 faiz, və ya 215 miyard dollar, Səudiyyə Ərəbistanı 5.7 faiz və ya 87.2 milyar dollar artıb ki, bun onların yüksələrək 3-cü mövqeyə qalxmasına və Rusiyanı bu mövqedən salmağa imkan verib. Qeyd edək ki, 4-cü mövqeyə düşən Rusiyanın xərcləri 7.5 faiz, yaxud 66.4 milyard dollar artıb.

Qeyd olunur ki,Rusiya büdcəsində hərbi xərclərin azalmasının səbəbi  neftin qiymətindəki enmədir.

Səudiyyə Ərəbistanında hərbi xərclərin artması isə Yəmənə hərbi müdaxilə ilə bağlıdır. 5.3 milyard dollara başa gələn bu əməliyyatdan sonra 2016-cı ildə Səudiyyə Ərəbistanının hərbi xərclərinin azalacağı qeyd edilir.    

Qərbi Avropa ölkələri isə hərbi xərclərinin 2010-cu ildən bu yana rekord səviyyədə -1.3 faiz azaldılıb.

Lakin Rusiya ilə həmsərhəd olan Avropa dövlətlərində- Ukrayna, Estoniya, Latviya, Litvad, Polşa, Rumıniya, Slovakiyada hərbi xərclərinin həcminin 13 faiz artdığı müşahidə olunur.

Ehtimal olunur ki, Böyük Britaniya,  Fransa, Almaniya yaxın illərdə hərbi xərclərin cüzi artırılması planına müvafiq hərəkət edəcəklər. Bu artım isə Rusiya və İŞİD-lə bağlı təhlükədən irəli gəlir.

1news.az

Paylaş:
710

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər