Səhiyyə Nazirliyi hospitallara dərman və qan əvəzediciləri göndərib
“Səhiyyə Nazirliyi hospitallara yardım məqsədilə qan əvəzediciləri, sarğı və gips, dərman preparatları, dezinfeksiyaedici məhlullar və s. göndərib”.
1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat yayılıb.
Məlumatda bildirilir ki, səhiyyə Naziri Oqtay Şirəliyev cəbhəyanı tibb müəssisələrindəki vəziyyəti nəzarətdə saxlayır, daim yaralıların vəziyyəti ilə maraqlanır.
Qeyd olunub ki, cəbhəyanı bölgələrdəki tibb müəssisələrinə yüksək ixtisaslı mütəxəssislərdən ibarət 6 briqada göndərilib: “Həmin briqadalara travmatoloq, neyrocərrahlar, cərrahlar və s. mütəxəssislər daxil olunub. Həmin mütəxəssislər ehtiyac olduğu halda yüksək diaqnostika ilə yanaşı cərrahi əməliyyatları da icra edə bilərlər”.
1news.az