İlham Əliyev Vyetnam Sosialist Respublikasının prezidentini təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Vyetnam Sosialist Respublikasının prezidentini təbrik edib

21:59 - 05 / 04 / 2016
İlham Əliyev Vyetnam Sosialist Respublikasının prezidentini təbrik edib

Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının prezidenti Çan Day Kuanqa təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Vyetnam Sosialist Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Vyetnam xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram”.

1news.az

 

Paylaş:
620

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər