İlham Əliyev Myanma prezidentini təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Myanma prezidentini təbrik edib

22:57 - 05 / 04 / 2016
İlham Əliyev Myanma prezidentini təbrik edib

Prezident İlham Əliyev Myanma İttifaqı Respublikasının prezidenti Thin Cjoya təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Myanma İttifaqı Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. 

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Myanma xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

1news.az

 

Paylaş:
838

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər