Fərəc Quliyev: “Ermənistan və onun havadarları mövcud vəziyyətin dəyişməsini istəmirlər” | 1news.az | Xəbərlər
Siyasət

Fərəc Quliyev: “Ermənistan və onun havadarları mövcud vəziyyətin dəyişməsini istəmirlər”

11:36 - 05 / 04 / 2016
Fərəc Quliyev: “Ermənistan və onun havadarları mövcud vəziyyətin dəyişməsini istəmirlər”

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı indiki vəziyyət ermənilər üçün də, onların havadarları üçün də sərfəlidir. Onlar mövcud vəziyyətin dəyişməsini istəmirlər. 

1news.az xəbər verir ki, bunu Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyev son günlər cəbhə xəttində baş verən hadisələrə münasibət bildirərkən deyib.

“Ermənilər və onların havadarları istəyirlər ki, işğal etdikləri Azərbaycan ərazilərini öz ərazilərinə çevirsinlər”- deyən millət vəkili bildirib ki, ermənilər cəbhədə təxribatlar törətməklə öz istəklərinə nail olmaq istəyirlər:

“Ancaq bu mümkün deyil. İndiki status-kvonun dəyişməsi mütləq vacibdir və bu, ermənilərin istəyinə bağlı deyil. Beynəlxalq konvensiyalar var, Azərbaycanın Konstitusiyası var və erməni işğalçıları dərhal Azərbaycan ərazilərini tərk etməlidirlər”.

F.Quliyev qeyd edib ki, ermənilərin törətdiyi yeni təxribat Azərbaycan Ordusu tərəfindən dəf edilməliydi və edildi:

“Bir sıra böyük dövlətlər və beynəlxalq təşkilatlar atəşi dayandırmağa çağırdılar. Amma onların heç biri razılaşmaz ki, əraziləri işğal altında qalsın. Azərbaycanın da əraziləri işğal altındadır. Biz başqa ərazidə döyüş aparmırıq. Əgər biz Ermənistana hücum etsək, onda qarşılıqlı olaraq hər iki tərəf ittiham olunmalıdır. Amma bilirlər ki, Azərbaycan ərazisində işğalçı ordu var. İşğalçılara çağırış etmək əvəzinə, yenə də ortaya bir qəribə bərabərlik qoyurlar, hər iki tərəfə çağırış edirlər. Bu, qeyri-normal yanaşmadır”.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi Sammitində iştirakı çərçivəsində ABŞ rəhbərliyi, o cümlədən dövlət katibi Con Kerri, vitse-prezident Co Baydenlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqları da erməniləri narahat edən amillərdən biridir:

“Azərbaycanın bu gün böyük dövlətlərlə münasibətləri yaxşılaşdıqca bu münasibətlərin korlanmasına çalışan qüvvələr ümidləri boşa çıxdığı üçün çalışırlar ki, belə məsələlərdə təxribatçı addımlar atsınlar. Bu baxımdan Azərbaycanın Nüvə Təhlükəsizliyi Sammitində iştirak etməsi ermənilərin qıcıqlanaraq provokasiya törətməsində bir amildir”.

1news.az

 

Paylaş:
636

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər