Xarici media nümayəndələri Ağdərə, Tərtər və Ağdam istiqamətlərində cəbhə bölgəsinə səfər edib
Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə bir qrup xarici media nümayəndəsi cəbhə bölgəsinə səfəri başlayıb.
1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə XİN-in mətbuat katibi Hikmət Hacıyev məlumat verib. O bildirib ki, qrupa “Al Jazeera International”, “Reuters” “Associated Press” “France-Presse”, Rusiyadan “Kommersant”, “Komsomolskaya pravda”, “Novaya vremya”, Türkiyədən “Anadolu” agentliyi, TRT, İran və Çindən olan jurnalistlər və bir sıra başqa ölkələrin media orqanlarının nümayəndələri daxildir: “Qoşunların təmas xəttində yaranmış gərginliklə əlaqədar və Ermənistanın törətdiyi təxribatlar nəticəsində mülki insanlara və obyektlərə dəymiş zərərləri beynəlxalq ictimaiyyəin diqqətinə daha obyektiv çatdırmaq məqsədilə XİN və əlaqədar qurumların təşkilatçılığı ilə qərara alınıb ki, Azərbaycanda akkreditasiya olunmuş və xaricdən Azərbaycana gəlmiş xarici kütləvi informasiya vasitələri nümayəndələrinin qoşunların təmas xəttinə səfərləri təşkil olunsun.
Səfər əsasən Ağdərə, Tərtər və Ağdam istiqamətlərini əhatə edəcək”.
1news.az