ABŞ səfiri: “Prezident İlham Əliyevin Vaşinqton səfəri əməkdaşlıq üçün müsbət şərait yaratdı” | 1news.az | Xəbərlər
Siyasət

ABŞ səfiri: “Prezident İlham Əliyevin Vaşinqton səfəri əməkdaşlıq üçün müsbət şərait yaratdı”

17:13 - 06 / 04 / 2016
ABŞ səfiri: “Prezident İlham Əliyevin Vaşinqton səfəri əməkdaşlıq üçün müsbət şərait yaratdı”

Azərbaycan Prezidenti İlham Əliyevin IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün Vaşinqtona səfəri iki ölkənin münasibətlərində tərəqqini möhkəmləndirdi.

1news.az  Trend-ə istinadən məlumat verir ki, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Onun sözlərinə görə, bu səfər və Prezident İlham Əliyevin ABŞ-ın ali rəhbərliyi ilə görüşlərinin yekunu üzrə Vaşinqtondan bəyanat müsbət olub.

Diplomatın sözlərinə görə, bu, irəliyə doğru müsbət addımdır: "Bu görüşlər gələcək əməkdaşlıq üçün müsbət şərait yaratdı".

R.Sekuta əlavə edib ki, ABŞ bütün sahələrdə, o cümlədən təhlükəsizlik, iqtisadiyyat, energetika, demokratiya və insan haqları sahələrində Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır: "Bundan başqa, ABŞ Azərbaycanın rifahının artması və iqtisadiyyatın şaxələndirilməsi məqsədilə rəsmi Bakı ilə birgə işləməkdə maraqlıdır".

1news.az

Paylaş:
506

Son xəbərlər

Bütün xəbərlər