“28 Mall” ticarət mərkəzinə “bomba qoyan” şəxs tutuldu | 1news.az | Xəbərlər
Cəmiyyət

“28 Mall” ticarət mərkəzinə “bomba qoyan” şəxs tutuldu

18:13 - 06 / 04 / 2016
“28 Mall” ticarət mərkəzinə “bomba qoyan” şəxs tutuldu

Bakıdakı məşhur ticarət mərkəzlərindən birinə bomba qoyması barədə polisə yalan məlumat verən şəxs tutulub.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə,Nizami Rayon Polis İdarəsinin  24-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 4-də Azadlıq prospektində yerləşən “28 Mall” ticarət mərkəzindəki “Bazarstore” mağazasına bomba qoyması barədə məlumat vermiş Ağdaş rayon sakini, 33 yaşlı Rəvan Fətəliyev tutulub.

Faktla əlaqədar cinayət işi başlanıb.

1news.az

 

Paylaş:
638

Son xəbərlər

Bütün xəbərlər