Azərbaycanlı gənclər dövlət və orduya dəstək məqsədilə aksiya keçirib – FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı gənclər dövlət və orduya dəstək məqsədilə aksiya keçirib – FOTO - VİDEO

19:07 - 06 / 04 / 2016
Azərbaycanlı gənclər dövlət və orduya dəstək məqsədilə aksiya keçirib – FOTO - VİDEO

Aprelin 6-da müxtəlif tədris müəssisəsindən olan bir qrup gənc dövlət və orduya dəstək məqsədilə aksiya keçirib.

1news.az-ın verdiyi xəbər görə, yürüş Bakıda, eləcə də Azərbaycanın bir çox şəhərlərində həyata keçirilib.

Altı minə yaxın gənclər nümayəndəsi Şəhidlər Xiyabanına qədər yürüş keçiriblər. Burada gənclər Azərbaycanın bütövlüyü və müstəqilliyi uğrunda canlarını fəda edən şəhidləri yad ediblər.

Tədbir iştirakçıları “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Azərbaycan əsgəri düşməni məhv et!”, “Şəhid anası ağlama, Şuşa bizim olacaq!”, “Azərbaycanın müstəqilliyi uğrundan canımdan keçərəm” şüarları səsləndirilib.

Burada bir faktı ­qeyd etmək olar ki, aksiyaya siyasi baxışından asılı olmayaraq gələn gənclər birmənalı olaraq xüsusi vurğulayıblar ki, onlar buraya dövlətə dəstək olaraq gəliblər. Qoy bu hərəkətdən düşmən görsün ki, Azərbaycan xalqı birdir və heç kəs buna mane ola bilməz.

“Biz – müxalifət və hakim partiyadan, müxtəlif siyasi baxış, dini əqidədən olan Azərbaycan gənclərinin nümayəndələri buraya dövlətimizi, Ali Baş Komandan, Prezident İlham Əliyevi və müdafiə naziri Zakir Həsənovu dəstəkləməyə gəlmişik.  Düşmən yatmır, o Azərbaycan xalqı arasında çaxnaşma salmaq istəyir. Lakin buna nail ola bilməyəcək. Biz buraya gəlmişik ki, müharibə, ədalət istəyirik. Düşmən tərəfindən işğal olunan torpaqlarımız azad olunmalıdır”, - Gənclər Təşkilatının sədri Müşviq Vəliyev bildirib.

Qeyd edək ki, aksiya iştirakçıları Dağlıq Qarabağda son hadisələr zamanı Azərbaycan Ordusundan şəhid olanları da yad ediblər. Hər bir şəhidi yad edərək aksiya iştirakçıları qeyd ediblər ki, şəhidlərin şanlı yolu ilə Vətən uğrunda getməyə hazırdılar.

Tədbirin sonunda iştirakçılar Azərbaycan himnini oxuyublar.

1news.az

Paylaş:
1259

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər