Praqada keçirilən tədbirdə Ermənistan ordusunun təxribatçı əməllərindən danışılıb | 1news.az | Xəbərlər
Siyasət

Praqada keçirilən tədbirdə Ermənistan ordusunun təxribatçı əməllərindən danışılıb

00:01 - 07 / 04 / 2016
Praqada keçirilən tədbirdə Ermənistan ordusunun təxribatçı əməllərindən danışılıb

Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev Praqadakı “Anglo-American” Universitetində “Qafqaz bölgəsində siyasi gərginlik” mövzusunda çıxış edib.

Tədbirdə bir sıra ölkələrin Çexiyadakı diplomatik nümayəndəliklərinin başçıları, KİV nümayəndələri, universitetlərin və “beyin mərkəzləri”nin təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Səfir Fərid Şəfiyev çıxışında son günlərdə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən hadisələr, erməni qoşunlarının Azərbaycan mövqelərinə qarşı həyata keçirdiyi təxribat xarakterli həmlələr və təmas xətti boyunca dinc yaşayış məntəqələrinin intensiv atəşə məruz qalması barədə danışıb. Səfir, həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, ölkəmizin bu münaqişə ilə bağlı mövqeyi barədə məlumat verib.

Tədbirdə iştirak edən bəzi erməni tələbələr qoşunların təmas xəttində baş verən hadisələrlə bağlı və Azərbaycan hökuməti əleyhinə yönəlmiş təxribat xarakterli suallar ünvanlasalar da, F.Şəfiyev beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlərə və beynəlxalq hüquqa əsaslanan tutarlı cavablar verib.

Daha sonra Azərbaycan səfiri regionda baş verən hadisələr, həyata keçirilən iqtisadi və enerji layihələri, habelə Çexiya-Azərbaycan ikitərəfli münasibətləri haqqında məlumat təqdim edib.

AZƏRTAC

Paylaş:
445

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər