“The Washington Times”: Ermənistanın məqsədi Azərbaycanı dünyaya neqativ təcavüzkar obrazında təqdim etməkdir - FOTO | 1news.az | Xəbərlər
Siyasət

“The Washington Times”: Ermənistanın məqsədi Azərbaycanı dünyaya neqativ təcavüzkar obrazında təqdim etməkdir - FOTO

12:32 - 06 / 04 / 2016
“The Washington Times”: Ermənistanın məqsədi Azərbaycanı dünyaya neqativ təcavüzkar obrazında təqdim etməkdir - FOTO

ABŞ-ın tanınmış “The Washington Times” qəzetində avstraliyalı siyasi icmalçı, Yaxın Şərqdə, Avrasiyada və postsovet respublikalarında baş verən hadisələrin təhlili üzrə ixtisaslaşan Castin Amlerin məqaləsi dərc edilib.

1news.az  xəbər verir ki,  Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionunda Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində münaqişənin genişlənməsindən bəhs edilən bu məqalədə deyilir ki, bu günlərdə regionda zorakılığın artması son iyirmi ildə ən ciddi hadisədir.

Müəllif hesab edir ki, işğal edilmiş ərazilərdə son hadisələr Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Barak Obamanın dəvəti ilə Vaşinqtona, Nüvə Təhlükəsizliyi Sammitinə uğurlu səfərinə Ermənistanın reaksiyası ilə bağlıdır. C.Amler yazır ki, Azərbaycan Prezidentinin ABŞ-a dəvət edilməsi qlobal nüvə təhlükəsizliyində və terrorizmə qarşı mübarizədə Azərbaycanın artan strateji rolunun Vaşinqton tərəfindən etiraf edilməsinin göstəricisidir.

C.Amler yazır: “Sabit hökuməti, davamlı iqtisadiyyatı və etnik tolerantlığı ilə seçilən Azərbaycan son dövrlərdə özünün qeyri-sabitliyi ilə məşhurlaşmış Qafqaz regionunda sabitləşdirici qüvvədir və Amerikaya bu səfər yalnız uğur hesab edilə bilər”. Lakin dünya arenasında güclü və strateji əhəmiyyətli Azərbaycanın məhz bu imici Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionundakı oyuncaq rejimin imicinin tam əksidir.

Ekspert vurğulayır ki, təmas xətti boyunca yerləşən kəndlərə erməni silahlı qüvvələrinin hücumları Azərbaycan silahlı qüvvələrini cavab tədbirlərinə təhrik etmək üçün nəzərdə tutulmuşdu və Azərbaycan ordusunun bölmələri belə də etdilər. Müəllif qeyd edir ki, Ermənistanın məqsədi Azərbaycanı dünyaya neqativ təcavüzkar obrazında təqdim etmək idi. C.Amler öz siyasi və iqtisadi müstəqilliyini itirmiş Ermənistan barədə yazır ki, erməni millətçiliyi və Azərbaycana qarşı təcavüz Ermənistanı uçuruma yuvarlayıb. O vurğulayır ki, beynəlxalq birlik Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. BMT Təhlükəsizlik Şurasının, BMT Baş Məclisinin və Avropa Şurası Parlament Assambleyasının müvafiq qətnamələri buna sübutdur. Sonda ekspert Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməsinin zəruri olduğunu qeyd edir.

1news.az

Paylaş:
726

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər