NATO-nun baş katibi tərəfləri atəşkəsə hörmətlə yanaşmağa çağırıb | 1news.az | Xəbərlər
Siyasət

NATO-nun baş katibi tərəfləri atəşkəsə hörmətlə yanaşmağa çağırıb

01:01 - 06 / 04 / 2016
NATO-nun baş katibi tərəfləri atəşkəsə hörmətlə yanaşmağa çağırıb

NATO-nun baş katibi Yens Stoltenberq Dağlıq Qarabağ münaqişəsi zonasında toqquşmaların dayandırılmasını müsbət qiymətləndirib və tərəfləri münaqişənin yenidən gərginləşməsinə yol verməməyə çağırıb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bu barədə baş katibin bəyanatında bildirilir.

“Mən tərəfləri atəşkəs haqqında sazişə hörmətlə yanaşmağa, təmkinlilik nümayiş etdirməyə və vəziyyətin yenidən gərginləşməsinə yol verməməyə çağırıram”, — deyə məlumatda qeyd olunub.

Stoltenberq bildirib ki, NATO ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir.

“Tərəflər danışıqlar masasına dönməli və məsələnin tam həlli yollarını axtarmalıdırlar”, - deyə NATO baş katibi əlavə edib.

1news.az

Paylaş:
700

Son xəbərlər

Bütün xəbərlər