Azay Quliyev Fransanın ölkəmizdəki səfiri ilə görüşüb
Bu gün Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Fransa Respublikasının ölkəmizdəki səfiri xanım Oreliya Buşez ilə görüş keçirilib.
1news.az-ın məlumatına görə, Fransa ilə ölkəmiz arasında dinamik şəkildə inkişaf edən münasibətlərin mövcudluğundan danışan O.Buşez ölkəmizdəki müxtəlif dövlət və ictimai qurumlarla əməkdaşlıq münasibətlərinin genişləndirilməsinə çalışdıqlarını deyib.
Şura sədri Azay Quliyev vətəndaş cəmiyyətinin inkişafı istiqamətində Şuranın həyata keçirdiyi proqram və layihələr haqqında səfirə ətraflı məlumat verib.
A.Quliyev Fransa ilə ikitərəfli münasibətlərin inkişafında QHT-lərin mühüm rola malik olduğunu və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın davam etdirilməsinin vacibliyini bildirib.
Görüş müxtəlif mövzular ətrafında müzakirələrlə davam etdirilib.
1news.az