Meyiti tapılan neftçinin kimliyi müəyyən olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Meyiti tapılan neftçinin kimliyi müəyyən olunub

16:29 - 07 / 04 / 2016
Meyiti tapılan neftçinin kimliyi müəyyən olunub

Aprelin 2-də Xəzər dənizinin Türkmənistan sahillərində aşkar edilmiş cəsədin DNT analizinin nəticələri məlum olub.

1news.az  SOCAR-ın mətbuat xidmətinə istinadən məlumat verir ki, ekspertlərin rəyinə əsasən, cəsəd 28 May NQÇ-nin 10 saylı dərin dəniz özülündə nəzarət ölçü cihazlarının çilingəri Rzaxanov Edik Rivazin oğlunundur. O, dekabrın 4-də təbii fəlakət nəticəsində “Günəşli” yatağında baş vermiş qəzada itkin düşən neftçilərdəndir.

Dekabrın 4-də Neft Daşlarındakı 501 saylı və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.

1news.az

Paylaş:
772

Son xəbərlər

Bütün xəbərlər