Nazir: “Qarabağda vəziyyətin gərginləşməsinə baxmayaraq, Azərbaycanın turizm sektoru uğurla inkişaf edir” | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir: “Qarabağda vəziyyətin gərginləşməsinə baxmayaraq, Azərbaycanın turizm sektoru uğurla inkişaf edir”

17:08 - 07 / 04 / 2016
Nazir: “Qarabağda vəziyyətin gərginləşməsinə baxmayaraq, Azərbaycanın turizm sektoru uğurla inkişaf edir”

“Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi analizlər göstərir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsinə baxmayaraq, ölkəmizin turzm sektoru sabitdir və uğurla inkiaşf edir”.

1news.az-ın verdiyi xəbərə görə, bu haqda Bakıda açılışı olan “Turizm və səyahət” AİTF-2016 adlı15-ci Beynəlxalq Azərvaycan sərgisi zamanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

Onun sözlərinə görə, Azərbaycana gələn turistlərin sayında heç bir dəyişiklik baş verməyib:

“Hesab edirəm ki, Ermənistanın mənfi vəziyyətin yaratmasının bir məqsədi var – Azərbyacanın normal iqtisadi fəaliyyətini dağıtmaq”.

Ə.Qarayev qeyd edib ki, Azərbaycan turizmi qərarlı olaraq aqressiv qonşularının addımlarına cavab verir.

“Azərbaycanın turizm sektoru bəyan edir ki, hazırda ölkəmiz ən təhlükəsiz, qonaqpərvər, rəqabətədavamlı və iqtisadi nöqteyi-nəzərdən turistlər üçün ən əlverişlidir. Və heç bir addımlar Azərbaycan turziminin inkişafına mane ola bilməz”, - qurumun rəhbəri bəyan edib. 

Nazirin sözlərinə görə, Azərbaycanın hər bir regionunda, torpağın hər bir qarışında qonaqlara hörmətlə yanaşılır. 

“Azərbaycan xalqı qonaqpərvərliyə adət edib. Hesab edirəm ki, “Turizm və səyahət” AİTF-2016 adlı 15-ci Beynəlxalq Azərbaycan sərgisində dövlətimiz tərəfindən turizm sektoru üçün yaradılmış hər cür şəraitin nümayiş olunması əla imkandır”, - Ə.Qarayev bildirdi. 

Qeyd edək ki, turizm biznesi sahəsində peşəkarlar üçün hazırlanmış aparıcı sərgi - “Turizm və səyahət” AİTF-2016 adlı 15-ci Beynəlxalq Azərbaycan sərgisi öz qapılarını aprelin 7-də Bakı Ekspo Mərkəzində açdı.

Sərgi Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin birbaşa dəstəyilə keçirilir.

Bu il yubiley olan AİTF dünyanın 29 ölkəsindən 330 şirkəti, ümumi olaraq turuzmin 80 istiqaməti üzrə nümayəndəsini qarşılayır.

Bolqarıstan, Gürcüstan, Dominikan Respublikası, Hindistan, İndoneziya, İran, İspaniya, Serbiya, Tayland, Türkiyə, Xorvatiya, Çernoqoriya və Çexiya sərgidə milli pavilyonlarını tutublar. İlk dəfə olaraq onlara Belorus və Ukraynada qoşulub. Stavropol vilayəti, Kataloniya (İspaniya) və Yurmala (Latviya) ayrıca regionalstend olaraq nümayiş olunublar.

Bu il iştirakçılar arasında – Azərbaycanda akkreditasiya keçmiş İndoneziya və Türkiyənin səfirlikləri, həmçinin beynəlxalq assosiasiyalar, sənaye-ticarət palataları və dövlət müəssisələri, məsələn, Latviyanın otel və restoranlar assosiasiyası, Türkiyənin Otelçilər Assosiasiyası (TUROB), Türkiyənin Birləşmiş Turizm Agentlikləri (TURSAB), Turizmin inkişafı üzrə Riqa bürosu (Latviya), Türkiyənin Bursa, Konya, İzmir, Ərzurum və Trabzon şəhərlərinin bələdiyyələri də qoşulub.

Ümumi iştirakçıların 33%-ni debutantlar təşkil edir. Onların arasında - Belarus, İtaliya, İordaniya, Malayziya, Türkiyə, Çernoqoriya və digər ölkələrin otel və şirkətləri var.

Bahar mövsümünün ilk sərgisi olaraq AİTF danışıqlar, görüş, fikir mübadiləsi və turizm sahəsində təkliflər üçün mərkəzsahəsi olacaq. Sərgi iştirakçıları müxtəlif turizm sahəsi üzrə ekskluziv təkliflər təqdim edəcək. Bunlar - turizm agentlikləri, aviaşirkətlər, milli və regional turizm təşkilatları, otel zəncirlər, xaricdə daşınmaz əmlak agentliyi,sağlamlıq-terapevtik və SPA mərkəzləridir.

AİTF ilə paralel olaraq Bakı Ekspo Mərkəzdə “Hər şey otel, restoran və supermarketlər üçün” - HOREX Caucasus-2016adlı 10-cu Beynəlxalq Qafqaz sərgisi də keçirilir.

1news.az

Paylaş:
780

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər